Azərbaycanda bir dolları 20 min manata alırlar – KÜTLƏVİ SATIŞA BAŞLANILDIbackend

Azərbaycanda bir dolları 20 min manata alırlar – KÜTLƏVİ SATIŞA BAŞLANILDI

Son günlər 1 dollarlıq əskinaslar elan saytlarında kütləvi satışa çıxarılıb.

Hokm.az-ın məlumatına görə, müxtəlif illərdə dövriyəyə buraxılan əskinasların dəyəri 10-20 min manat arasında dəyişir.

İddialara görə, sözügedən əskinasların kütləvi satışa çıxarılmasına səbəb məşhur iş adamı İlon Maskın tviterdəki paylaşımı olub. O, 2013-cü ildə tədavülə buraxılmış bir dolları məşhur kriptovalyuta olan bitkoinlə dəyişəcəyini bildirib.

Elan saytları vasitəsilə bir dollarlıq əskinaslarını satışa çıxaran bir neçə nəfərdən bunun səbəbini soruşduq.

Bir dollarlıq əskinası alan şəxslərlə əlaqə saxlamağa çalışsaq da, buna nail ola bilmədik.

Məsələni şərh edən iqtisadçı-ekspert Eldəniz Əmirov deyib ki, bu tendensiyanın heç bir iqtisadi əsası yoxdur.

Ekspert hesab edir ki, bir dollarlıq əskinas az olduğundan bəzi iş adamları buna simvolik dəyər verirlər.Xezerxeber.az

  •  (2)
  •  (1)