Azərbaycanda bəy evini bəzəməyə gedən gəlinin qohumları qəzaya düşüb, ölən varbackend

Azərbaycanda bəy evini bəzəməyə gedən gəlinin qohumları qəzaya düşüb, ölən var

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un verdiyi məlumata görə, hadisə rayonun Çarxı kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Hyundai” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Hyundai” dərəyə aşıb, “VAZ-2107” isə maneəyə çırpılıb.
Nəticədə, “VAZ-2107”-də olan sərnişin Xaçmaz rayonu Alıcqışlaq kənd sakini, 2004-cü il təvəllüdlü Hidayət Fərman oğlu Pirverdiyev xəsarətlər alıb. O, yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilsə də, xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, “VAZ-2107”-də olanlar keçiriləcək toy mərasimi üçün bəy evini bəzəməyə gedən gəlinin qohumları olub.
Faktla bağlı araşdırma aparılır.
  •  (0)
  •  (0)