Azərbaycanda benzin bahalaşdıbackend

Azərbaycanda benzin bahalaşdı

“Aİ-95” (“Premium”) markalı yanacağın pərakəndə satış qiymətində dəyişiklik baş verib.

Hokm.az xəbər verir ki, bu gün səhər saatlarında yanacaqdoldurma məntəqələrində “Aİ-95” markalı yanacağın satış qyiməti 1.45 AZN olub. Bu isə 5 qəpiklik bahalaşmadan xəbər verir.

“Aİ-95” markalı yanacaq bu gün səhər saatlarından SOCAR, LUKoil və “Azpetrol” YDM-lərində yeni qiymətə satılır. “Aİ-92” və dizel yanacağının pərakındə satış qiymətində dəyişiklik yoxdur. Əldə etdiyimiz məlumata görə, “Aİ-95” markalı yanacağın bahalaşmasının səbəbi idxal dəyərinin artmasıdır.

Bununla bağlı rəsmi təsdiq yoxdur.///index.az

  •  (0)
  •  (0)