Azərbaycanda baş həkim işdən çıxarıldıbackend

Azərbaycanda baş həkim işdən çıxarıldı

“Şirvan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru İlham Mustafayev vəzifəsindən azad edilib.

Hokm.az xəbər verir ki, bununla bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədr əvəzi Vüqar Qurbanov əmr imzalayıb.

Şirvan RMX-dan Oxu.Az-a bildirilib ki, direktor İlham Mustafayevlə bağlanmış əmək müqaviləsinin müddəti bitib, onunla yeni müqavilə bağlanmayıb.

Xəstəxanaya yeni direktor təyinatı yoxdur.

  •  (1)
  •  (0)