“Kapital Bank”ın filial müdiri intihar edib.
Hokm.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bankın Xəzər rayon filialının müdiri Mahir Sultanov özünü öldürüb.
O, Şüvəlan qəsəbəsində yerləşən filiala rəhbərlik edirmiş. İntiharın səbəbi hələ ki, bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.