Azərbaycanda avtomobillər və ehtiyat hissələri BAHALAŞDIbackend

Azərbaycanda avtomobillər və ehtiyat hissələri BAHALAŞDI

Bu il Azərbaycanda avtomobillər və ehtiyat hissələrinin qiymətləri nəzərəçarpacaq dərəcədə artıb. 

Hokm.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2021-ci ilin sentyabrın sonunda minik avtomobillərinin orta qiyməti 36 270 manata, minik avtomobili üçün ehtiyat hissələri və avadanlıqlarının orta qiyməti isə 371 manata yüksəlib.
Ötən ilin sentyabrında orta qiymət minik avtomobillərində 34 922 manat, ehtiyat hissə və avadanlıqlarında 323 manat olub.
Müqayisə göstərir ki, bu il minik avtomobillərinin dəyəri 3,9 faiz artıb. Ehtiyat hissə və avadanlıqlarında bahalaşma 15 faiz təşkil edib.
  •  (0)
  •  (0)