Azərbaycanda avtomobil körpüdən dərəyə yuvarlandı – ÖLƏN VƏ YARALANANLAR VARbackend

Azərbaycanda avtomobil körpüdən dərəyə yuvarlandı – ÖLƏN VƏ YARALANANLAR VAR

Yanvarın 12-də saat 16 radələrində Şəki rayonunda ağır yol qəzası baş verib.

Hokm.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Daşüz kəndi ərazisində Qax rayon sakini R.Məcidov idarə etdiyi “Mercedes” markalı avtomobili körpüdən dərəyə aşırıb. Nəticədə sürücünün sərnişini olan qardaşı Kənan hadisə yerində ölüb, özü və digər 4 sərnişini müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

  •  (0)
  •  (1)