Bakı-Qazax magistralında baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı üçə çatıb.
Hokm.az-ın məlumatına görə, qəzada xəsarət alan Mirvari Vəliyeva xəstəxanada dünyasını dəyişib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən saytımıza bildirilib ki, yaralıların vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, qəza zamanı 1961-ci il təvəllüdlü Familə Fərman qızı Məmmədova və 1962-ci il təvəllüdlü Mayıl Nağıyev hadisə yerində həlak olublar.oxu.az
13:12
Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hokm.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı bir nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilir.
Hadisə yerinə Təcili Tibbi Yardım maşınları və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırmalara başlanılıb. (Veteninfo.az)

















