Azərbaycanda ağır yol qəzası: Ölən və xəsarət alanlar varbackend

Azərbaycanda ağır yol qəzası: Ölən və xəsarət alanlar var

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

Hokm.az-ın məlumatına xəbərinə görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ2106” markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkət edərkən, qəfildən idarəetməni itirib. Nəticədə atvomobil yoldan çıxaraq su kanalına düşüb. Hadisə zamanı 1 nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcədə bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.Report.az

  •  (0)
  •  (0)