Azərbaycanda AA seriyalı maşın qəza törətdi – Ölən var (FOTO)backend

Azərbaycanda AA seriyalı maşın qəza törətdi – Ölən var (FOTO)

Bərdədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hokm.az APA-ya istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Qarayusifli kəndindən keçən hissəsində qeydə alınıb.09-AA-055 dövlət qeydiyyat nişanlı “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü Cəlil Hacıyev idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)