Azərbaycanda 49 yaşlı müəllim koronavirusdan vəfat etdibackend

Azərbaycanda 49 yaşlı müəllim koronavirusdan vəfat etdi

Azərbaycanda daha bir müəllim koronavirusun qurbanı olub.
Hokm.az APA-ya istinadən xəbər verir ki, Sumqayıtda bir müddət əvvəl koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən 1972-ci il təvəllüdlü Nəzakət Hacıyeva dünyasını dəyişib.
N. Hacıyeva Sumqayıt şəhər 28 nömrəli məktəbin fizika müəllimi idi və onun çalışdığı təhsil müəssisəsi ötən gündən distant təhsilə keçib.
Qeyd edək ki, Sumqayıtda indiyədək 9 nəfər təhsil işçisi koronavirusdan vəfat edib.
  •  (0)
  •  (0)