Azərbaycanda 3 dəfə evdən qaçan gəlin görün haradan tapıldı – FOTObackend

Azərbaycanda 3 dəfə evdən qaçan gəlin görün haradan tapıldı – FOTO

Sumqayıtda iyulun 22-də yaşadığı evi tərk edərək itkin düşən 1993-cü il təvəllüdlü Abdulova Gültəkin Əkbər qızı tapılıb.

Hokm.az xəbər verir ki, bu barədə “report”a qadının həyat yoldaşı B.Abdulov məlumat verib.

B.Abdulovun sözlərinə görə, hüquq-mühafizə orqanlarından ona həyat yoldaşının Bakıda tapıldığı bildirilib.

B.Abdulov G.Abdulova ilə bu gün görüşəcək.

Xatırladaq ki, qadın iyulun 22-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Ailə üzvləri bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Qeyd edək ki, qadının iki azyaşlı övladı var. G.Abdulova psixoloji problemdən əziyyət çəkir. O, üçüncü dəfədir evdən gedib.

  •  (1)
  •  (0)