Azərbaycanda 25 yaşlı oğlan internetdə tanış olduğu qızı QAÇIRDI – FOTObackend

Azərbaycanda 25 yaşlı oğlan internetdə tanış olduğu qızı QAÇIRDI – FOTO

Azərbaycanda 25 yaşlı oğlan internetdə tanış olduğu qızı qaçırdı.

Hokm.az Sonxeber.az-a istinadən xəbər verir ki, bunu ARB telekanalında yayımlanan “Elgizlə izlə” verlişinə müraciət edən qadın deyib.

O, bildirib ki, oğlu internetdə tanış olduğu Mənzər adlı qızla ailə qurub: “Oğlumun 25, qızın isə 20 yaşı var idi. Bir müddət oğlum internetdə qızla yazışırdı. Oğlum qızı sevdiyini və ailə qurmaq istədiyini söylədi. Qızı ancaq şəkildə görmüşdüm. Oğluma dedim ki, istəyirsən elçi gedək. Amma qız razı olmadı. Dedi ki, xalası oğluna onu vermək istəyirlər. Ona görə də oğlumdan onu qaçırmasını istədi. Mən dillənmədim. Yeni il bayramına yaxın axşam gördüm ki, oğlum qızı qaçırıb, evə gətirib. Mən də qızı geri göndərmədim. Onlara kəbin və nikah kəsdirdim. 10 nəfərlə Şəkiyə qızın ailəsinə barışığa getdim. İyunun 24-nə kimi hər şey yaxşı gedirdi. Qızla birlikdə ana-bala kimi idik. Oğlum fəhlə işləyirdi. İyunun 24-də onlara toy elədim. Toydan 2 gün sonra qohumuz bizi qonaq çağırdı. Evə gələndə gəlin oğluma dedi ki, niyə içmisən? Mən içən kişi ilə ailəli qalmaq istəmirəm. Sonra bildim ki, gəlin oğlumu yox, məni istəmir”.

Azərbaycanda 25 yaşlı oğlan internetdə tanış olduğu qızı QAÇIRDI - FOTO

 

  •  (0)
  •  (1)