Azərbaycanda 14 yaşlı qız və bacısı dəm qazından zəhərləndibackend

Azərbaycanda 14 yaşlı qız və bacısı dəm qazından zəhərləndi

Qazaxda zəhərlənmə faktı qeydə alınıb.

Hokm.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Canalı kəndində baş verib.

2004-cü il təvəllüdlü Kazımova Nuray Füzuli qızı və onun bacısı, 2007-ci il təvəllüdlü Kazımova Günay Füzuli qızı yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.

Xəstəxanaya yerləşdirilən bacıların vəziyyətlərinin kafi olduğu bildirilir.

  •  (0)
  •  (3)