Azərbaycanda “102” polis xidməti vətəndaşı ŞİKAYƏT ETDİ – VİDEObackend

Azərbaycanda “102” polis xidməti vətəndaşı ŞİKAYƏT ETDİ – VİDEO

Son günlər sosial şəbəkələrdə yayılan səs yazısı böyük marağa səbəb olub.

Hokm.az xəbər verir ki, 57 dəfə 102-yə müxtəlif şikayətlər verən vətəndaşı bu dəfə 102 qaynar xəttinin özü şikayət edib. Vətəndaşın polislə dialoqundan aydın olur ki, polislə danışan şəxs jurnalistdir.

Məsələ ilə bağlı Qazet.az-ın suallarını cavablandıran Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib ki, belə proses normaldır. Vətəndaş polisi boş-boş nüanslarla məşğul edirsə, bu zaman həmin şəxs barəsində iş açıla bilər.

“Təbiidir. O məsələ ilə bağlı araşdırma aparılır. Vətəndaşların müraciətləri ilə bağlı qarşı tərəf dinlənilir və müraciətlərin mahiyyəti öyrənilir. Tam qanuna uyğundur”, – deyə Elşad Hacıyev qeyd edib.

Həmin səs yazısını təqdim edirik.

  •  (2)
  •  (0)