Azərbaycanda 1 aylıq “sms icazə” sistemi tətbiq edilə bilər – AÇIQLAMAbackend

Azərbaycanda 1 aylıq “sms icazə” sistemi tətbiq edilə bilər – AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayındakı artım dinamikası davam edir. Belə ki, martın 31-də koronavirus (COVID-19) infeksiyasına 2 237 yeni yoluxma faktı qeydə alınıb, 787 nəfər müalicə olunaraq sağalıb.COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. Yoluxma sayının kəskin artması “sms icazə” sisteminin yenidən bərpa edilməsi ilə bağlı iddiaların ortaya çıxmasına səbəb olub. Hətta aprelin 5-dən 1 aylıq “sms icazə” sisteminin bərpa ediləcəyi ilə bağlı fikirlərdə də səsləndirirlər. Azərbaycanda 1 aylıq “sms icazə” sistemi tətbiq edilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, karantin qaydaların sərtləşdirilməsi epidemioloji vəziyyətdən asılı olacaq: “Əgər artım sürətlə müşahidə edilərsə, ölüm halları çoxalarsa təmasları azaltmaq üçün karantin qaydaları sərtləşdirilə bilər. Hətta “sms icazə” sisteminin yenidən bərpası da mümkündür. Bu təcrübə ikinci dalğadan mövcuddur. Bunun təkrar olunması ehtimalı var. Hazırda bu barədə düşünülür və vəziyyət analiz edilir, izlənilir. Ona görə də düşünürəm ki, 1 aylıq “sms icazə” sisteminin yenidən bərpası mümkündür”.

  •  (0)
  •  (0)