Azərbaycana gələn əcnəbidə COVID-19 AŞKARLANDIbackend

Azərbaycana gələn əcnəbidə COVID-19 AŞKARLANDI

Azərbaycana daxil olan şəxslər arasında COVID-19-a yoluxanlarla bağlı məlumat açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu günə kimi bir nəfərdə pozitiv nəticə aşkarlanıb:

“Azərbaycana daxil olan zaman uyğun PCR arayışı təqdim etməyənlərdən hava limanında test götürülür və karantinə göndərilir.

COVID-19 tesinin nəticəsi pozitiv olan qeyd olunan şəxs qaydalara uyğun olaraq karantinə alınıb. Həmin şəxs Cənubi Afrika vətəndaşıdır”.

  •  (0)
  •  (0)