Türkiyənin Elazığ bölgəsində baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycan heyəti bölgəyə yola düşüb.
Hokm.az Turkustan.info-ya istinadən xəbər verir ki, Azərbaycan təyyarəsi Elazığa yaxın aeroportda yerə enib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığı məktubunda Elazığda baş vermiş güclü zəlzələilə bağlı bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğunu bildirib.
Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyə olunması istiqamətində tədbirlər görülür.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Hostimul.com saytında müştərilərə təklif olunan bulud serverlər DdoS hücumlarına
qarşı maksimum müdafiə olunur və sizin saytınız və serveriniz istənilən kiber hücum
zamanı tam təhlükəsiz olur. Hostimul.com saytında bulud serverlərin quraşdırılması
zamanı heç bir ödəniş tələb olunmur. Həmçini bulud serverlərdə istənilən qədər
domen adı istifadə etmək mümükündür.
Daha ətraflı məlumat üçün: https://hostimul.com/cloud-vps-hosting/
















