Azərbaycan Vatikanda səfirlik açacaq – Milli Məclis təsdiq etdibackend

Azərbaycan Vatikanda səfirlik açacaq – Milli Məclis təsdiq etdi

Azərbaycan Vatikanda səfirlik açacaq.
Hokm.az bildirir ki, bununla bağlı “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Deputatlar bildirib ki, səfirliyin açılması tərəflər arasında əlaqələrin inkişafına mühüm töhfə verəcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.
  •  (0)
  •  (0)