Azərbaycan Türkiyədən təlim təyyarəsi və PUA-lı hücum gəmisi ala bilərbackend

Azərbaycan Türkiyədən təlim təyyarəsi və PUA-lı hücum gəmisi ala bilər

“Azərbaycan Türkiyənin “Hürkuş” (TUSAŞ şirkətinin istehsalı-red) təlim təyyarəsi ilə maraqlanır”

Hokm.az “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demir deyib.

“TCG Anadolu” (amfibiya hücum gəmisinin-red) 2022-ci ildə istifadəyə verilməsinə çalışırıq. Gəmiyə İHA/SİHA-nın (silahlı və silahsız pilotsuz uçuş aparatları-red) yerləşdirilməsi ilə bağlı layihə davam edir. Layihəyə Azərbaycandan maraq var. Tezliklə bununla bağlı inkişafı görəcəyik”, – İsmayıl Demir əlavə edib.

  •  (0)
  •  (0)