AzTV-nin binasındakı bədbəxt hadisə nəticəsində 1 nəfər həlak oldu – RƏSMİbackend

AzTV-nin binasındakı bədbəxt hadisə nəticəsində 1 nəfər həlak oldu – RƏSMİ

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.
Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.
QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə Videomateriallar şöbəsinin texniki işçisi 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev həlak olub.
Allah rəhmət eləsin!
  •  (1)
  •  (1)