Məktəblilərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi və hərbi xidmətə düzgün istiqamətləndirilməsi məqsədi ilə Sədərək və Şərur rayonlarında fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri praktiki məşğələlərə cəlb ediliblər.
Hokm.az BAKU.WS-ə istinadla xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun təlim mərkəzlərində keçirilən məşğələlər zamanı müxtəlif atıcı silahların, snayper tüfənglərinin, minaatan qurğularının, tank əleyhinə vasitələrin, əl qumbaralarının taktiki-texniki xüsusiyyətləri haqqında və eləcə də tibbi hazırlıqdan şagirdlərə ətraflı məlumat verilib.
Sonra məktəblilər avtomat və pulemyotlardan praktiki atışları yerinə yetiriblər.
















