Qatarda halı pisləşən sərnişinin köməyinə çatan olmayıb.
Hokm.az xəbər verir ki, hadisə Bakı-Gəncə sürət qatarında baş verib.
Bu barədə hadisə şahidlərindən biri öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, qatarda olan sərnişinlərdən birinin səhhətində qəfil problem yaranıb. Özünü pis hiss edən xanıma tibbi yardım göstərilməsi üçün orada həkim olmayıb. Təcili tibbi yardım xidmətinə zəng vurulsa da, 45 dəqiqə keçməsinə baxmayaraq, təcili yardım hadisə yerinə gəlməyib.
Məsələ sosial şəbəkədə müzakirələrə səbəb olub. İstifadəçilər yaranmış vəziyyətlə bağlı Səhiyyə Nazirliyini sərt tənqid ediblər.
Hokm.az
















