Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının iclası keçirildibackend

Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının iclası keçirildi

Oktyabrın 27-28-də Rusiyanın Pyatiqorsk şəhərində Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının sonuncu iclası keçirilib.

XİN-dən Hokm.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, habelə Komissiyanın 2022-ci il üçün iş planı təsdiq edilib.

Tərəflər Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının 2021-ci il üzrə iş planının tam yerinə yetirildiyini bəyan ediblər.

Görüş açıq dialoq və qarşılıqlı anlaşma ruhunda keçib.

Komissiyanın növbəti iclasının Azərbaycan Respublikası ərazisində keçirilməsi planlaşdırılır. Görüşün tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

  •  (0)
  •  (0)