Azərbaycan qəti tələblər qoyub – Ermənilərin sülhməramlılara nifrəti artırbackend

Azərbaycan qəti tələblər qoyub – Ermənilərin sülhməramlılara nifrəti artır

“Son zamanlar kontingentin müvəqqəti nəzarətindəki Qarabağ ərazilərində baş verən prosesləri, sülhməramlılarla separatçı rejim qalırları arasında qarşıdurmaların başlanğıcı kimi qiymətləndirmək olar”.

Bunu milli.az-a açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib.

Ekspert bildirib ki, Azərbaycan müharibədən sonra ermənilərin qurduqları yeni postları təcili sürətdə təhvil vermələrini tələb edir:

“Bu yaxınlarda Rüstəm Muradovun yerinə Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə Mixail Kosobokov təyin edilsə də, cəmi 2 həftə sonra çox tələsik şəkildə onu general-leytenant Gennadi Anaşkin ilə əvəzlədilər. Təxminən bir həftə əvvəl ermənilər Xocavənddəki Amaras monastrına qondarma rejimin əski parçasını asmışdılar. Bundan sonra Azərbaycan tərəfinin narazılığından sonra sülhməramlılar bu məsələyə müdaxilə edərək həmin əski parçasını çıxartmağı tələb etmişdilər. “Bayrağın” monastrdan çıxarılması ermənilər arasında böyük bir narazılığa səbəb oldu. Sonra erməni keşişlər həmin əski parçasını yenidən Amaras monastrının üstündə qaldırdılar. Sülhməramlılar yenidən gəlib, tələb etdilər ki, birdəfəlik o bayraq çıxarılsın. Bundan sonra ermənilər iddia ortaya atdılar ki, güya sülhməramlılar istəyirlər ki, həmin o monastrı Ortodoks Moskva Patriarxasına tabe etsinlər. Ermənilər sülhməramlıları vəzifələrini icra etmək əvəzinə dinə və Allaha qarşı əməllərlə məşğul olmaqda ittiham etməyə, təqsirləndirməyə başlayıblar.

Çox güman ki, bu məsələlər deməyə əsas verir ki, sülhməramlıların bu addımları Kosobokovun razılığı əsasında baş verib. Onun razılığı olub ki, sülhməramlıları iki dəfə gedib qondarma separatçı rejimin əski parçasını monastrın üstündən çıxartdırıblar. Ortada qığılcımlar var artıq.

Azərbaycan tərəfi çox qəti tələblər qoyubdur ki, Əsgəranda və Xocavənddəki Qırmızı Bazar yüksəkliyi istiqamətindəki ermənilər qurduqları postları təcili sürətdə təhvil verməlidirlər. Çox güman ki, bu məsələdə də sülhməramlı kontingent aktivlik göstəribdir. Prezident İlham Əliyevin son müsahibələrinin birində də Rusiya sülhməramlılarının fəaliyyətini qənaətbəxş adlandırması, kontingentin separatçı rejimə qarşı daha kəskin mövqe tutmağa başlaması iddialarını daha da artırır.

Əgər müharibə vaxtı Qarabağdan köçən ermənilərin geri qaytarılması prosesi bitibsə, o ərazilərə ancaq Azərbaycan vətəndaşı olan şəxs daxil ola bilər. Bu məsələni Prezident Fransanın “France-24″ televiziya kanalına müsahibəsində xüsusilə qeyd etdi. O dedi ki, Azərbaycan vətəndaşı olmayan şəxs bu ərazilərə gəlib, gedə bilməz”.

  •  (1)
  •  (0)