Azərbaycan ordusunun modernləşməsində qardaşlarımızla sıx əməkdaşlıq edirik – Ərdoğanbackend

Azərbaycan ordusunun modernləşməsində qardaşlarımızla sıx əməkdaşlıq edirik – Ərdoğan

“Ermənistanın təhriki ilə başlayan 44 günlük müharibə nəticəsində bölgədə 30 il davam edən işğal sona çatıb. Bu müddətdə Türkiyə “Bir millət, iki dövlət” prinsipi ilə azərbaycanlı qardaşlarımıza dəstək verdi”.

Hokm.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf partiyasının həftəlik toplantısında belə deyib.

“Bu gün isə atəşkəsin daimi olması üçün Birgə Mərkəzdə Rusiya və Türkiyə silahlı qüvvələri birgə fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan ordusunun modernləşməsində qardaşlarımızla sıx əməkdaşlıq edirik” – dövlət başçısı vurğulayıb.

  •  (0)
  •  (0)