Azərbaycan Ordusu Qubadlı və Laçında irəliləyir – RƏSMİbackend

Azərbaycan Ordusu Qubadlı və Laçında irəliləyir – RƏSMİ

Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib. 

Bu barədə Hokm.az-a Müdafiə Nazirliyindən bildiriblər.

“Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə atəşlə ciddi zərbə vuraraq onun müqavimətini zəiflədib və müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib”, – məlumatda deyilir.

  •  (1)
  •  (0)