Azərbaycan Ordusu Ermənistan-İran sərhədində elə bir şeyin şahidi oldu ki, Qarabağ hər an… – ŞOK DETALLARbackend

Azərbaycan Ordusu Ermənistan-İran sərhədində elə bir şeyin şahidi oldu ki, Qarabağ hər an… – ŞOK DETALLAR

“Aprel döyüşləri Azərbaycan Ordusunun tarixə qızıl hərflərlə yazdığı səhifələrindən biridir.

Çünki bu döyüşlərdə ordumuz ilk dəfə olaraq öyünə-öyünə haqqında danışılan “Ohanyan istehkamları”nı cəmi 3-4 saat ərzində dağıdaraq düşmənin mövqelərini parçaladı və onların içinə daxil oldu”.

Bu fikirləri Xeber24.info-ya açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib.

Politoloq döyüşlərin, əsasən, Tərtər rayonu istiqamətində aparıldığını xatırladıb: “Amma paralel olaraq Füzuli istiqamətində də cəbhə açılmışdı. Cəmi 2 gün ərzində Azərbaycan qoşunları Tərtər istiqamətində Talış kəndi də daxil olmaqla, 2 min hektarlıq ərazini düşmən işğalından azad etdi. Bundan başqa, 17 yüksəklik Azərbaycan döyüşçüləri tərəfindən geri qaytarıldı. Beləliklə, Naftalan, Tapqaraqoyunlu kəndi, Tərtərin Dəmirçilər, Ağkənd kimi bölgələrinin düşmən tərəfindən atəşə tutulmasının qarşısı alındı. Cənub istiqamətində Füzuli tərəfdə də böyük uğurlar qazanıldı. Həmin döyüşlərdə Lələtəpə yüksəkliyini Azərbaycan Ordusu döyüşlərin ilk günündə öz nəzarətində keçirdi və Cəbrayıla doğru sürətli irəliləyiş başladı. Cəbrayılın girişinə qədərki ərazilər ordumuzun tam nəzarəti altında idi”.

Q.Hüseynli qeyd edib ki, döyüşlərin çox uğurla davam etdirildiyi zamanda Rusiya proseslərə müdaxilə etdi: “Açığı, ermənilər ruslara yalvarmışdı ki, Azərbaycan Ordusunu dayandırsınlar. Ruslar da ermənilərin yalvarışlarını cani-könüldən yerinə yetirdi və Rusiyanın Müdafiə naziri Sergey Şoyqu səviyyəsində Azərbaycanla danışıqlar aparıldı. Azərbaycanın Müdafiə naziri Zakir Həsənova müraciət edildi ki, hücum əməliyyatları dayandırılsın. Rus təbiətinə xas olan şantajla Azərbaycan Aprel əməliyyatlarının qarşısı alınmaq istəndi. Digər beynəlxalq qurumlar, ATƏT özü belə proseslərə müdaxilə etdi və Azərbaycan hücum əməliyyatlarını 2 gündən sonra dayandırmağa məcbur oldu. Amma bu müddət ərzində ordumuz çox böyük strateji üstünlüklər əldə etmişdi”.

Politoloq Aprel döyüşlərinin qazanclarını sadalayıb: “Horadizdən Cəbrayıla doğru müəyyən yüksəklikləri, xüsusilə, son dərəcə strateji əhəmiyyətə malik olan Lələtəpə yüksəkliyini azad etmişdik. Çünki bu yüksəklikdən bütün Qarabağ ovuc içi kimi görünür. Orada qurulan hərbi infrastruktur Qarabağın bütün istiqamətlərinə atəş açmağa imkan verir. Üstəlik, ordumuza bəlli oldu ki, düşmənin İranla sərhəd istiqamətində elə də güclü müqaviməti yoxdur və bu, 2020-ci ilin sentyabr döyüşlərində diqqət mərkəzində saxlanıldı. Azərbaycan Ordusunun əsas məqsədi həm indiki Suqovuşan kəndini, həm də “Sərsəng” su anbarını geri qaytarmaq idi. Ermənilər də elə buna görə şüvən qopardılar ki, bu hədəflər geri qyatarılsa, Dağlıq Qarabağın elektrik təchizatına ciddi zərbə vuracaq.

Aprel döyüşlərində Azərbaycan Ordusu, ümumilikdə, təxminən, 2000-2500 kvadratkilometrlik ərazini geri qyatarmışdı. Doğrudur, Azərbaycan Ordusu girməsə də, Talış kəndindəki ermənilər boşaldıldı. Üstəlik, əldə edilmiş zirvələrdən Ağdərə rayon mərkəzinə cəmi 10 kilometr məsafə var idi. Oradan artilleriya zərbələri ilə Ağdərə rayon mərkəzini daim atəş altında saxlamaq mümkün idi. Nəticədə ordumuz bir çox parametrlərinə görə erməni ordusunu üstələdiyini göstərdi. İlk dəfə olaraq betondan tökülmüş çox tərifli “Ohanyan istehkamları” Azərbaycan Ordusunun hücumu ilə darmadağın edildi. İlk dəfə ordumuz məhz Aprel döyüşlərində Qarabağın içərilərinə doğru 12 kilometr irəlilədi və həmin ərazilərdə özünün möhkəmləndirilmiş bazalarını yaratmağa başladı. Füzuli rayonunun 2-3 kəndi azad edildi, Lələtəpə yüksəkliyi Azərbaycanın mühüm strateji bazasına çevrildi. Bu gün Lələtəpə yüksəkliyi Azərbaycanın əlində bütün Dağlıq Qarabağa nəzarət etmək və lazım gəldikdə, bütün Qarabağı raket və hətta ortaçaplı silahlardan atəşə tutmaq üçün çox əlverişli mövqedir”.

Politoloqun sözlərinə görə, 2016-cı ilin Aprel döyüşləri Azərbaycan xalqının öz torpaqlarını azad edə bilmək potensialını ortaya qoydu: “Həmin günə qədər “azərbaycanlılar döyüşə bilmir” mifinin üstündən xətt çəkildi. Əksinə, ermənilərlə döyüşlərdə torpaqlarımızı azad etməyin nə qədər real olduğunu Aprel döyüşləri sübut etdi. Düşmən ilk dəfə olaraq Azərbaycan Ordusunun nəfəsini öz ənsəsində hiss etdi. Ermənistanda panika dalğası yayıldı. Bundan istifadə edərək Naxçıvandakı Əlahiddə Qoşunları Ermənistanla sərhəd istiqamətindəki Günəşli, Üçtəpə ərazilərində ümumi sahəsi 10 000 kvadratkilometr olan neytral zonanı qısa müddətdə geri qaytardı. Həmin sahələrdəki strateji üstünlüklər Azərbaycan Ordusuna Dağlıq Qarabağa uzanan Laçın dəhlizi daxil olmaqla, bütün sahələrə nəzarət etmək və hətta oranı artilleriya atəşi altında saxlamaq imkanı yaratdı. Aprel döyüşləri ordumuzda böyük ruh yüksəkliyi yaratdı, azad edilmiş mövqelər erməniləri mühasirəyə salmaq prosesinin başlanğıcını qoydu. Nəticə etibarilə, Vətən müharibəsində Azərbaycan Ordusunun müzəffər düzülüşü üçün bünövrə rolunu oynadı. Bundan sonra ordumuzun torpaqlarımızı tamamilə işğaldan azad etmək istiqamətində əzmi möhkəmləndi. Nəhayətində biz azğın düşməni öz ərazilərimizdən vurub çıxardıq. Ermənilərə qarşı bu qalibiyyətli müharibənin bünövrəsi Aprel döyüşlərində qoyulmuşdu”.

  •  (1)
  •  (0)