Azərbaycan nömrəli maşın Zəngəzurda… – FOTObackend

Azərbaycan nömrəli maşın Zəngəzurda… – FOTO

Azərbaycan nömrəli avtomobil Gorus rayonunda peyda olub.

Hokm.az Qazet.az-a istinadən bildirir ki, bu haqda Ermənistanın “mediaport” teleqram kanalı yazıb.

Gorus ermənilərin Sünik dediyi Zəngəzur bölgəsində yerləşir. Ermənilər Azərbaycan hərbçilərinin tez-tez Zəngəzur bölgəsində göründüklərini deyirlər.

Kornidzor kəndinin icra başçısının müavini Arkadi Xaçatryan Laçın azad edildikdən sonra 8 kilometr arxaya çəkildiklərini deyib;

– Tex (tarixi adı Dığ) kəndinin icma rəhbəri Narses şadunt bildirib ki, azərbaycanlı hərbçilər kəndə gələrək, buranın Azərbaycana məxsus olduğunu bildiriblər;

– Aravus kəndinin icma rəhbəri Aqram Hovsepyan da 750 metr geri çəkilməyə məcbur olduqlarını bildirib.

Azərbaycan Ermənistanın işğal dövründə qeyri-qanuni pozduğu dövlət sərhədini xəritəyə uyğun olaraq, yenidən təşkil edir.

  •  (2)
  •  (0)