Azərbaycan nefti kəskin ucuzlaşdıbackend

Azərbaycan nefti kəskin ucuzlaşdı

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.

Hokm.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,5% və ya 8,87 dollar azalaraq 127,12 dollar təşkil edib.

Dünən “Brent” markalı neftin bir bareli 113,93 ABŞ dolları olub.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

  •  (0)
  •  (1)