Azərbaycan MN: “Ümid edirik ki, Ermənistan ordusunun növbəti biabırçılığı onlara dərs olacaq”backend

Azərbaycan MN: “Ümid edirik ki, Ermənistan ordusunun növbəti biabırçılığı onlara dərs olacaq”

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistanın hərbi-siyasi rəhbərliyinə sərt xəbərdarlıq edib.

Xəbərdarlıqda bildirilib:

“Əgər buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görəcəyimiz tədbirlər daha sərt və təsirli olacaqdır.

Ümid edirik ki, Ermənistan ordusunun növbəti biabırçılığı onlara dərs olacaq və gələcəkdə belə təxribat xarakterli addımlara yol verilməyəcək”.

Qeyd edilib ki, Azərbaycan ordusunun şəxsi heyəti və ərazi baxımından itkimiz yoxdur, hazırda əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır:

“Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən son gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Qeyd edək ki, bu gün Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində növbəti dəfə təxribat törətməyə cəhd göstərib.

  •  (0)
  •  (0)