Azərbaycan koronavirusun ikinci dalğasına hazırdır? – Xəstə sayının artmasına… – FOTObackend

Azərbaycan koronavirusun ikinci dalğasına hazırdır? – Xəstə sayının artmasına… – FOTO

Birinci dalğada biz hazırlıqsız yaxalanmışdıq. O baxımdan, birinci dalğanı keçirmiş dünya üçün ikinciyə hazırlıqlı olmaq vacibdir.

Hokm.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında Pandemiya Xəstəxanasının koordinatoru, infeksionist Vüsalə Yaşar deyib.

İnfeksionist COVİD-19 epidemiyasının ikinci dalğasına qarşı artıq daha təcrübəli, daha hazırlıqlı olduğumuzu bildirib:

“Ən azından bir təcrübə əldə olunub. Bu təcrübələrdən faydalanıb, daha hazırlıqlı olmağımız vacibdir. Bunu zatən öncədən proqnoz etmək mümkün deyil ki, ikinci birincidən ağır olacaq. Biz bunu heç cür proqnoz edə bilmərik.

Məncə, Azərbaycan ikinci dalğaya hazırdır, istənilən halda buna hazırlaşır. Çünki biz də müəyyən bir təcrübə əldə etdik. Əldə etdiyimiz təcrübəni tətbiq etməyə başlayırıq. Bizim birinci dalğada modul tipli xəstəxanalarımız yox idi. Başqa profilli xəstəxanalar pandemiya xəstəxanalarına döndərildi. Yəni, o xəstəxanalar COVİD üçün nəzərdə tutulmamış xəstəxanalar idi, oldu pandemiya xəstəxanası. Bu da bizdə başqa problemlər yaratmağa başladı. Hazırda isə xüsusləşmiş xəstəxanalar var ki, bunlar modul tipli xəstəxanalardır. 9 modul tipli xəstəxana və kifayət qədər çarpayı sayı var. Xəstə sayının artmasına ölkə hazırlıqlıdır. Çünki artıq o xəstəxanaların COVİD-ə uyğun təchizatı qurulubdur”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus dünyanı yeni növ koronavirus pandemiyasının ikinci dalğasına hazırlaşmağa çağırıb: “Dünya epidemiyanın ikinci dalğasına daha yaxşı hazır olmalıdır”.

  •  (0)
  •  (0)