Azərbaycan hərbi pilotları “Anadolu Qartalı-2022” təlimində iştirak edirbackend

Azərbaycan hərbi pilotları “Anadolu Qartalı-2022” təlimində iştirak edir

Türkiyənin Konya şəhərində “Anadolu Qartalı-2022” (“Anatolian Phoenix-2022”) beynəlxalq taktiki uçuş təlimləri uğurla davam edir.

“Report”un Türkiyə bürosu xəbər verir ki, manevrdə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus üç şəxsi heyət komandasından ibarət 2 “Mi-17-1V” çoxtəyinatlı helikopterləri də nümayiş olunur.

Təlimlərin əsas məqsədi, xilasetmə və havadan yardım hərakatına nəzarəti, yaxından hava dəstəyini, hərəkət dinamikasını gücləndirmək və iştirak edən dövlətlər arasında hərbi hava qüvvələri sahəsindəki birgə əməkdaşlığı genişləndirməkdən ibarətdir.

Qeyd edək ki, builki manevrdə Türkiyə və Azərbaycanla yanaşı, Polşa və Şimali Kipr Türk Respublikası da iştirak edir. Təlim mayın 27-dək davam edəcək.

  •  (0)
  •  (0)