Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək beynəlxalq təlimdə iştirak edəcəkbackend

Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək beynəlxalq təlimdə iştirak edəcək

Mayın 24-də Türkiyə Respublikasının Konya şəhərində başlayacaq “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimində hərbi qulluqçularımız iştirak edəcək.

Bu barədə Hokm.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə təmsil olunacaq.

Təlim iyunun 4-dək davam edəcək.

  •  (0)
  •  (0)