Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirləri Gürcüstanda görüşəcəkbackend

Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirləri Gürcüstanda görüşəcək

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana yola düşüb.

Bu barədə Hokm.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik Z.Həsənov Gürcüstanın Kaxeti bölgəsində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

Görüşlərdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək.

  •  (0)
  •  (0)