Azərbaycan əsgəri sülhməramlıların nəzarətindəki əraziyə keçdi – RƏSMİbackend

Azərbaycan əsgəri sülhməramlıların nəzarətindəki əraziyə keçdi – RƏSMİ

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Bu barədə Hokm.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

“Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib”, – məlumatda bildirilib.

  •  (0)
  •  (0)