Azərbaycan dünyadakı ən xoşbəxt 5 ölkədən biri seçildibackend

Azərbaycan dünyadakı ən xoşbəxt 5 ölkədən biri seçildi

Azərbaycan 2021-ci ildə xoşbəxtlik indeksinə görə dünyada ilk beş ölkə sırasında yer alıb.

Hokm.az xəbər verir ki, bu barədə məlumat “Gallup İnternational” araşdırmasının sorğusunda öz əksini tapıb.

Belə ki, xoşbəxtlik indeksinə görə, Azərbaycan +70 balla ilk beşliyə daxil olub. Bu siyahıda, həmçinin, Kolumbiya (xoşbəxt və çox xoşbəxt çıxılsın bədbəxt və çox bədbəxt bərabərdir +79), Qazaxıstan (+76), Albaniya (+74), Malayziya (+73) qeyd edilib.

Ümid indeksinə görə isə İndoneziya (+72), Albaniya (+65), Azərbaycan (+53), Nigeriya (+51), Meksika və Vyetnamda (hər ikisi +47 xalis xalla) insanlar daha ümidlidirlər.Publika.az

  •  (0)
  •  (1)