
1 oktyabr 2020-ci tarixində baş tutan baxış iclasında jurnalistə qarşı DSMF-nin Gədəbəy rayon şöbəsinin əməkdaşları İbrahim Ələsgərov, İsfəndiyar Qələndərov, DSMF-nin Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev və onun işçiləri Mahmud Məmmədov, Elsevər Mustafayev, Əhməd Quliyev, Nəsimi Əliyev, İlqar İbrahimov, Fərid Əlizadə, Almaz İbrahimova, Natalya Çivildeyeva, Vəfa Süleymanlı, Əmiraslanov Natiq şahid qismində iştirak ediblər.
24 sentyabr və 1 oktyabr 2020-il tarixlərində baş tutan iclaslarda Vəfa Süleymanlı, Natiq Əmiraslanov, Əhməd Quliyev, Elsevər Mustafayev, Natalya Çivildeyeva, Almaz İbrahimova və Fərid Əlizadə dindirilib.
Sonda jurnalistin vəkili Rəşad Babayev tərəfindən verilən 3 vəsatət təmin edilməyib. Dövlət ittihamçısı Verdiyev Mövlamverdi Allahverdi oğlu jurnalistə 3 il 6 ay istəyib.
Vəkil Rəşad Babayev çıxış üçün vaxt istəyib. Hakim Marif Kazımov növbəti məhkəmə iclasını 8 oktyabr 2020-ci il tarixinə təyin edib.
Jurnalist Zaur Qənbərov bildirir ki, şahidlər ziddiyyətli ifadə verməsinə baxmayaraq məhkəmə nəzərə alınmadı. “Şahidlər tam ziddiyyətli ifadə verdilər, açıq-aydın məhkəmə istintaqını aldadırdılar. Hadisəni şahidlər müxtəlif cür xarakterizə edirlər. Nə məhkəmə, nə də dövlət ittihamçısı şahidlərin yalan ifadələrinə diqqət etmədilər. Hətta şahidlərin telefon danışıqlarında həqiqəti söyləməsi və işin sifarişçisi Gədəbəy RİH-ın başçısı İbrahim Mustafayev olması barədə video, audio yazılar, fotofaktlar məhkəməyə təqdim etsəmdə qəbul edimədi. Saxta ittihama dair vəkilim tərəfindəm vəsatətlər verilsə də təmin edilmədi”- deyə Qənbərov bildirir.
O həmçinin bildirir ki, məhkəməyə təqdim olunan video, audio və fotofaktların olduğu diski geri qaytarmadılar. “Şahidlərin həqiqəti söyləməsi və mənim həbsimin şifarişçisi icra baçısı olması barədə olan video, audio və fotofaktlar məkhəmə təqdim etdim. Məhkəmə və dövlət ittihamçısı həmin faktları qəbul etmədilər və həmin faktları mənə geri qaytarmadılar. Həmin məlumat Gədəbəy icra hakimiyyətinə və DSMF-nin Gədəbəy rayon şöbəsinə verilib. Səs yazılarında həqiqəti söyləyənlər və işə aidiyyatı olmayan kənar şəxslər hazırda rayon icra başçısı İbrahim Mustafayev və DSMF-nin Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudverdiyev tərəfindən işdən azad olunmaqları ilə təhdid edilir” – deyə jurnalist əlavə edib.

















