Azərbaycan dilini tədris edən sayt yaradıldıbackend

Azərbaycan dilini tədris edən sayt yaradıldı

İdeal Gələcək Gənclər İctimai Birliyi Prezident yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Beynəlxalq könüllülər üçün “Azərbaycan dili Məktəbi” proqramına yekun vurdu. Layihə çərçivəsində learnazerbaijani.az saytı yaradılmışdır ki , burada 12 dərsin ardıcıl olaraq video görüntüləri yerləşdirilmişdir. Beləki davamlı olaraq yenilənən sayt vasitəsi ilə əcnəbilərin onlina olaraq Azərbaycan dilinin mənimsənilməsinə şərait yaradılmışdır. Azərbaycan ilə bağlı məlumat almaq istəyən bu dilin ibtidai biliklərinə yiyələnmək istəyən hər bir şəxs yaradılan sayt vasitəsilə bilavasitə bu imkanlara malik olur. Bu imkan özlüyündə dilimizin təbliği ,hər kəs üçün əlçatan olmasına şərait yaratmışdır.

  •  (0)
  •  (0)