Azərbaycan çempionatında cari mövsümün bombardiri müəyyənləşdibackend

Azərbaycan çempionatında cari mövsümün bombardiri müəyyənləşdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/2019-cu illər mövsümünün bombardiri müəyyənləşib.

“Qarabağ”ın futbolçusu Mahir Mədətov sonuncu XVIII turda “Neftçi” ilə səfər oyununun 15-ci dəqiqəsində hesabı açaraq, qollarının sayını 15-ə çatdırıb.

Qarşılaşmanın 18-ci dəqiqəsində hesabında 14 qolu olan “Neftçi”nin forvardı Baqali Dabo əzələsini dartaraq meydanı tərk edib.

Bununla da Mədətovun bombardirliyi böyük ölçüdə rəsmiləşib. Düzdür, məsələn, hesabında 9 qol olan “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiçin və ya 7 qolu olan “Neftçi”n oyunçusu Emin Mahmudovun da nəzəri şansı var. Amma onların 6 və ya 8 qol vurması real görünmür.

Qeyd edək ki, saat 18:00-da başlayan matçda çempionluğu erkən təmin edən “Qarabağ” öndədir – 1:0. (report)

Hokm.az

  •  (0)
  •  (0)