Azərbaycan bunu bacaran ikinci ölkədir – Markedonovbackend

Azərbaycan bunu bacaran ikinci ölkədir – Markedonov

Azərbaycan Rusiyadan sonra status-kvonu öz xeyirinə qıran ikinci ölkədir.

Hokm.az xəbər verir ki, bu barədə Rusiya XİN yanında Beynəlxalq Tədqiqatlar İnstitutunun elmi işçisi, “Beynəlxalq analitika” jurnalının baş redaktoru Sergey Markedonov Rusiyanın “Kommersant” nəşrinə danışıb.

“Qarabağ kontekstində xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan faktiki olaraq Rusiyadan sonra mövcud status-kvonu özünə sərf edən şəkildə qıran və itirilmiş ərazilərin qaytarılması prosesini başladan ikinci dövlətdir. Bu “payız müharibəsi” bir çox MDB ölkəsi üçün uğurlu model kimi qəbul ediləcək”, – o bildirib.konkret.az

  •  (0)
  •  (0)