Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi keçən il 400 milyon dollardan çox olub və bu, tərəflərin potensialına cavab vermir, ona görə də ticari-iqtisadi əlaqələri daha da gücləndirmək planları var. Bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi “ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili” adlı vebinarda çıxışında deyib.
“Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ-ın ən böyük investisiyalarını alan ölkələrdən biridir. Bu investisiyaların ümumi məbləği təxminən 19 milyard ABŞ dolları təşkil edib. Azərbaycanda 300-ə yaxın Amerika şirkəti fəaliyyət göstərir. Azərbaycan da ABŞ iqtisadiyyatına sərmayə qoyur. Xüsusilə qeyri-neft sektorunda ikitərəfli iqtisadi əlaqələrin stimullaşdırılması və möhkəmləndirilməsi üçün daha çox iş görülməlidir”, – deyə o söyləyib.
















