Azərbaycan 9,3 milyard dollarlıq neft-qaz sektoru malları ixrac edibbackend

Azərbaycan 9,3 milyard dollarlıq neft-qaz sektoru malları ixrac edib

2020-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan neft-qaz sektoruna daxil olan 9 milyard 297,5 milyon dollarlıq mal ixrac edib.

Hokm.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsəsən, xam neft və xam neft məhsullarının həcmi 21 milyard 832,5 milyon ton olub ki, onların statistik dəyəri 7 milyard 158,1 milyon dollar olub.

Həmçinin, tərkibində neft və ya neft məhsullarının miqdarı 70 faiz və ya daha çox olan məhsulların həcmi 809,7 milyon ton, bu məhsulların statistik dəyəri isə 224,2 milyon dollar olub.

Eyni zamanda, 10,2 milyard kubmetr təbii qaz ixrac edilib ki, bunun dəyəri 1 milyard 891,6 milyon dollar olub.

  •  (0)
  •  (0)