“Azərbaycan 2023-cü ilə qədər bunları etməlidir, əks halda Putin…” – İLGİNC AÇIQLAMAbackend

“Azərbaycan 2023-cü ilə qədər bunları etməlidir, əks halda Putin…” – İLGİNC AÇIQLAMA

“Bir ildən bir az artıq vaxtımız qaldı. 2023-cü ildə Türkiyədə keçiriləcək prezident seçkilərinin gözlənilməz nəticələri ola bilər. Ona görə də Azərbaycan 2023-cü ilə qədər bu addımları atmalıdır:

– Ermənistanı təslimçi sülh müqaviləsi bağlamağa məcbur etməlidir.

– Türkiyə ilə münasibətlər tamamilə strateji hal almalıdır.

Jurnalist Samir Feyruzov cəbhə xəttinə gedən həmkarlarını ittiham etdi: “Şıltaqlıq eləməyin!” - Modern.Az Azərbaycan və dünya xəbərləri

Hokm.az xəbər verir ki, bu barədə siyasi analitik Samir Feyruzov fikir səsləndirib: Əsas sual isə budur. Türkiyədə prezident postuna gələcək növbəti şəxs Ərdoğan kimi Qarabağla bağlı qətiyyətli mövqeyə sahib olacaqmı? Bu şəxs Əliyev-Ərdoğan arasındakı isti münasibətlərin davamçısına çevrilməlidir. Heç nə sıfırdan başlamamalıdır. Əks halda, bu, həm Türkiyə, həm də Azərbaycan üçün zərərli olacaq. Əgər Ərdoğan prezident seçilməsə, 2024-cü il Rusiyada keçirilən prezident seçkilərinə qədər (1 il ərzində) Putin bizim üçün arzuolunmaz addımlar atacaq. Putin o addımlardan birinin anonsunu dünən verdi. Rusiya prezidenti Putin Azərbaycan-Ermənistan sərhədindəki atışmalardan danışarkən bildirdi:

“Bir müddət əvvəlki atışmalar göstərdi ki, regionda vəziyyət tam sabitləşməyib. Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin tənzimlənməsi üzrə səylərin davamı üçün Rusiya diplomatiyasının rolu artır”. Açması belədir: Rusiya özünün sülhməramlı qüvvələrini 4 il sonra Qarabağdan çıxarmayacaq, bunu etməmək üçün Azərbaycan və Ermənistan arasında silahlı insidentər yaradacaq və nəticədə sülhməramlılara olan “ehtiyacı” artırmış olacaq. Rusiya elə bir situasiya yaratmağa çalışacaq ki, sülhməramlıların qalmasına zəurət yaransın”.

  •  (0)
  •  (3)