Azay Quliyev kimi yarıtmaz kadr olanda… – İTTİHAMbackend

Azay Quliyev kimi yarıtmaz kadr olanda… – İTTİHAM

“Düşmən Ermənistanın Gəncə və Mingəçevirə, habelə digər şəhərlərimizə etdiyi xain hücumları, törətdiyi terror aktı əslində bir insanlıq faciəsidir. Əgər Azərbaycan Ermənistanın hansısa şəhərinə bu şəkildə hücum etsəydi, indi ermənilər bar-bar bağırır, Azərbaycanı bir dövlət olaraq iflic durumuna salardılar. Bu işdə ermənilər yetərincə qabiliyyətlidirlər. Bunu etiraf etməliyik. Təkcə erməni lobbisi yox, düşmən ölkənin QHT-ləri də bu məsələdə kifayət qədər peşəkardır və bu sahədə bizim düşməndən öyrənməli olduğumuz çox şeylər var”. Bu sözlər Dia.az-a daxil olan məqalədə yer alıb.

Məqalədə daha sonra bildirilir: “Ermənilər bu illər ərzində təbliğat-təşviqat məsələsində bizi üstələməyi bacarıblar ki, buna da qeyd etdiyimiz kimi, həm də 3 sektor təmsilçilərinin sayəsində nail olublar. Bizim QHT-lər gic-gic lçayihələr icra edəndə, başları daha çox Əli Həsənovun rəhbərliyi altında dövlət büdcəsini talamağa qarışanda erməni QHT-ləri öz ölkələrinə xidmət edirdilər.

Sirr deyil ki, Azərbayanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası keçmiş PA nümayəndəsi Əli Həsənovun şəxsi obyektlərindən biri kimi fəaliyyət göstərib. Bu qurumun başında dayanan Azay Quliyev isə Əli Həsənovun “qara kassalarından biri” kimi ortalıqda görünüb.

İndi ona görədir ki, Azay Quliyevi biz gərəkən zamanda, onun fəaliyyətinə, onun qurduğu sistemə ehtiyac yarandığı zaman görə bilmirik. Görünəndə də işini danışmaqla bitmiş hesab edir. Azay Quliyev bilməlidir ki, bu gün maşallah olsun, telekanallarımızda yetərincə danışanlar var. Keçmiş hərbçilərdən tutmuş, bekar qalan hər kəsə qədər ekspert kimi ortalığa düşüb.ş Azay Quliyev isə heesabat verməli şəxslərdən biridir. Gördüyü işlərin hesabatını..

Deməlidir ki, harda hansı işi görüblər…

Amma nəyi desin ki? Azay Quliyev kimi yarıtmaz kadr olanda, nədən danışmaq olar ki?

Doğrudur, anoloji müstəvidə digər dövlət qurumlarımız sarıdan da əliyalınıq. Amma onların rəhbərləri heç olmasa, suurlar, telekanallara, saytlara ekspertlik etmirlər… Nəsə etməyə çalışırlar. Tay Azay Quliyev kimi Bağdadın həqiqətən də “KOR XƏLİFƏSİ” kimi ortaya düşüb hem nə olmamış şəklində məsuliyyətsiz birisi kimi, vicdanı sızlamadan könüllərimizi bulandırmırlar…”

İddia olunanlarla bağlı sayt olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

  •  (0)
  •  (1)