AZAL Almatıya uçuşları LƏĞV ETDİbackend

AZAL Almatıya uçuşları LƏĞV ETDİ

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Qazaxıstanın Almatı şəhərinə həyata keçirməyi planlaşdırdığı reysləri ləğv edir.

Hokm.az AZAL-a istinadla xəbər verir ki, bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib.

Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və yaxud pulsuz yenidən rezervasiya təklif olunacaq.

Bakı-Almatı reysləri hər həftənin cümə günləri, Almatı-Bakı reysləri isə hər həftənin şənbə günləri həyata keçirilir.

  •  (0)
  •  (0)