Ayaz Salayev 60 illik yubileyində ermənilərə müraciət etdi: “Bütün Azərbaycanı itirmisiniz” – VİDEObackend

Ayaz Salayev 60 illik yubileyində ermənilərə müraciət etdi: “Bütün Azərbaycanı itirmisiniz” – VİDEO

Tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev Azərbaycan torpaqlarının 20 faizinin işğalçılarına müraciət ünvanladığı video paylaşıb.

Hokm.az xəbər verir ki, video rejissorun “YouTube” hesabında paylaşılıb.

A.Salayev doğum günündə paylaşdığı videoda qeyd edir ki, ömrünün yarısından çoxu Vətəninə münasibətdə Ermənistanın həyata keçirdiyi cinayət siyasəti ilə keçib:

“Bütün bunları başlayanlara müraciət etmək istəyirəm. Nə qazandığınızı və nə itirdiyinizi birlikdə fikirləşək. Siz Qarabağda əvvəl də yaşayırdınız, indi də yaşayırsınız, sadəcə sizin yanınızda azərbaycanlılar yoxdur, əgər bu fakt sizi sevindirirsə, bu problem sizin səviyyənizdədir. Bir də sizin üzərinizdə heç bir dəyəri olmayan bir parça var – sizin qazandığınız bunlardır!

Bəs nə itirmisiniz? – Sizin qalan bütün Azərbaycanı itirdiniz. Sovet İttifaqı onsuz da dağılacaqdı və siz Azərbaycanda çox yaxşı yaşaya, bizneslə məşğul ola, qazandığınız pulla bütün Ermənistanı dolandır bilərdiniz.

Yadınıza salın, ilk neft bumu dövründə bir çox azərbaycanlı neft sahiblərindən xeyli zəngin olan bir erməni neft sənayesi mütəxəssisi Mantaşev var idi, baxmayaraq ki, Bakıda heç vaxt dəyərli bir şey tikməmişdi. Beləliklə, artıq Mantaşevlər olmayacaq. Bundan başqa, siz nüfuzunuzu itirmisiniz, indi hər yerdə sizə qarşı ehtiyatlı münasibət var, harda erməni diasporu var, orada daim siz müşahidə altındasınız.

Yaradan bir xalq etiketi altında müasir tarixə girmək əvəzinə, hamının öz maraqları üçün istifadə etdiyi bir xalq olaraq girməyi seçdiniz və bunu hamı yaxşı bilir. İndi Qarabağı tanımaq üçün bu həyasız fikirlə yaşayacaqsınız və nəsildən-nəslə ötürülən bu cılız fikir zehni gücünüzü, yaradıcı gücünüzü əlinizdən alacaq. Mən internetdə Yerevan küçələrində Azərbaycan bayraqlarının rəsminin çəkildiyini və insanların oradan keçən zaman bayraqları tapdalamalı olduğunu görmüşəm. Nə deyək… Bu, sizin aranızdan heç vaxt Qrant Matevosyan, Aram Xaçaturyan, Sergey Paracanov kimilərin çıxmağına imkan verməyəcək mənəvi pozğunluğun əlamətidir. Siz özünüz özünüzü dalana dirəmisiniz”.

  •  (1)
  •  (0)