Ayaz Mütəllibovun dəfn xərclərini dövlət üzərinə götürdübackend

Ayaz Mütəllibovun dəfn xərclərini dövlət üzərinə götürdü

Eks-prezident Ayaz Mütəllibovun bütün dəfn xərclərini Azərbaycan dövləti öz üzərinə götürüb. 

Bunu publika.az-a açıqlamasında Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun köməkçisi Qulu Həsənoğlu deyib.

O bildirib ki, dünən gecə Ayaz Mütəllibovun nəşi Heydər məscidinə aparılıb:

“Orada müsəlman adət-ənənələrinə uyğun olaraq bütün rituallar yerinə yetirilib. Cənazə yuyulub, kəfənlənib. Cənazə namazı qılınıb. Hazırda Ayaz müəllimin nəşi oğlu Zaurun evindədir. Həyat yoldaşı dünyasını dəyişəndən sonra Ayaz Mütəllibov oğlunun evində qalırdı. Yaxın 1 saat ərzində onun harada dəfn olunacağı açıqlanacaq”.

  •  (0)
  •  (0)