Avtomobildə kəmər taxmamaq cinayət məsuliyyətinə gətirib çıxara bilər – FOTObackend

Avtomobildə kəmər taxmamaq cinayət məsuliyyətinə gətirib çıxara bilər – FOTO

Bakı-Sumqayıt şossesində “Mercedes Gelandewagen” markalı avtomobil yüksək sürətlə “Opel” markalı avtomobilə çırpılıb. Nəticədə “Mercedes”də olan bir nəfər xəsarət alıb. 

Qəzanı şərh edən hüquqşünas Ərşad Hüseynov redaktor.az-a bildirib ki, avtomobildə hərəkətdə olan zaman təhülkəsizlik kəmərini bağlamaq zəruridir. Belə ki, bu hal həm təhlükəsizliyi təmin edir, həm də hadisənin cinayət xarakterli olmasından yayındırır:

“Fotoda avtomobilin alın şüşəsinin sağ tərəfinə diqqət edin. Bu, sərnişinin başının alın şüşəsinə çirpılmasından yaranan xarakterik əzikdir və sərnişin kəmər bağlamayanda avtomobil qəflətən maneəyə dəyib dayandıqda yaranır. Sərnişin xüsusi hazırlıqlı idmançı olsa da, zərbəni gözləsə də, əgər kəmər bağlamayıbsa, yenə də başının alın şüşəsinə çırpılması qaçılmaz olur. Belə çırpılma isə ciddi kəllə-beyin travması, bəzən başın əzilməsi və ölüm deməkdir. Bunun nəticəsində sadəcə maddi ziyan yox, həm da sağlamlığa zərər dəyir. Həm də inzibati xəta sayıla biləcək hadisə cinayət xarakterli yol-nəqliyyat hadisəsinə çevrilir (sürücülərdən hansısa hadisədə təqsiri olarsa, artıq cinayət məsuliyyətinə cəlb edilir).

Ona görə də sərnişinlər də təhlükəsizlik kəmərini bağlamalıdır. Sürücü isə sərnişindən kəməri bağlamağı tələb etsə, bunun zəruriliyini ona anlatsa, yaxşı olar. Bununla sürücü həm də özünü daha ciddi məsuliyyətdən sığortalamış olur”.

  •  (0)
  •  (0)