Avtobus minik avtomobili ilə toqquşdu – Ölən və xəsarət alan varbackend

Avtobus minik avtomobili ilə toqquşdu – Ölən və xəsarət alan var

Bakıda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası olub.

Hokm.az xəbər verir ki, hadisə keçmiş “Komsomol dairəsi” kimi tanınan ərazidə qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili sərnişin avtobusu ilə toqquşub. Toqquşmadan sonra minik avtomobili yol kənarındakı dəmir maneələrə çırpılıb. İlkin məlumata görə, qəza nəticəsində azı 1 nəfər ölüb, xəsarət alan var.

Ölən və xəsarət alanın şəxsiyyətləri dəqiqləşdirilir.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)